Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
15 Avqust , 2020
Ermənistanın silahlandırılması münaqişənin...


"Bu gün biz yaxşı bilirik ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı, Göycə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”​Prezident İlham Əliyevin işğalçıya dəstək verən dövlətlərin avanturist siyasətini faş edən növbəti çıxışı tarixi həqiqətlərin anladılması yolunda mühüm tarixi siyasi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti bir qədər əvvəl isə Ermənistanın öz havadarlarının dəstəyi ilə irəli sürdüyü 7 şərtə qarşı yeganə şərt olaraq Azərbaycan torpaqlarının qeyd şərtsiz boşaldılması və işğalçının öz yerini bilməsi ücün etdiyi dərin məzmunlu çıxışı Azərbaycanın növbəti dəfə düşmənə ağır siyasi-diplomatik zərbəsinin təzahürü idi. Bütün bunlar dünyanı haqqa ədalətə dəstək verməyə, bilərəkdən siyasi spekulyativliyin qurbanına çevrilməməyə etdiyi növbəti çağırışı idi. Lakin​ bəzi dövlətlərin hələ də bu avantüranın təsirindən ayılmamasını balanslaşdırılmamış və qeyri səlist siyasi məntiqə söykənən siyasi oyunbazların sərsəm düşüncələrinin məhsulu kimi qiymətləndirmək mümkündür. Ona görə də işğalçılıq faktorunun, terrorizmin, nəzarətsiz zonalarda aparılan özbaşnalığın qarşısının alınmamasının bəşəriyyəti məhvə aparmasını Azərbaycan dövləti dünya qarşısında çox kəskin şəkildə bəyan edir və etməkdədir. Lakin buna rəvac verən qüvvəllər hələ də dərk etmirlər ki, bir zaman həmin ölkələrin özləri bu qüvvələrin əməllərinin qurbanına çevrilirlər. Bunu tarix sübut edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan bu günədək bəzi dövlətlərin və təşkilatların tutduğu qeyri obyektiv və anlaşılmaz mövqe bir daha sübut edir ki, onlar öz siyasətini dağıdıcı qüvvələrin maraqları çərçivəsində qurur. Bəşəriyyətin gələcəyini məhvə aparmaqdadırlar. Ermənistanın Azərbaycana qarşı son təxribat cəhdləri də məhz belə qüvvələrin və dövlətlərin malik olduqları siyasi əqidəni​ bir daha üzə çıxardı. ​ ​ Məlumdur ki,​ ​ Ermənistan​ 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Həmin ​ ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası da ​ fəaliyyət göstərir.​ Ermənistan ​ yalnız bu təşkilatın gücündən öz işğalçı mövqeyinin dəstəklənməsi üçün istifadə etməkdədir. Burada isə Rusiya ilə sıx hərbi əməkdaşlıq, bölgədə vəziyyətin gərginləşməsinə səbəb olacaq hərbi qüvvələrin işğalçıya kömək məqsədi ilə yerləşdirilməsi kimi addımlar və buna qarşı digər üzv dövlətlərin konkret münasibətinin olmaması təşkilatın daha cox regiondakı ayrıseçkilik və qərəzli qüvvələrin məramından xəbər verməkdədir. Dünya analitiklərinin araşdırması da göstərir ki, əhalinin sayına görə ​ Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Bu dünyanın gələcəyinə yaradılan ən böyük təhlükələrdən sayılmalıdır. Digər bir ağrılı məqam ondan ibarətdir ki, münaqişələrin sülh yolu ilə həllinə dair əksər dövlətlərin obyektiv-konseptual münasibətləri itib. Yaxud təsirsiz vəziyyətə düşüb. Hər bir dövlətin bəşəriyyətdə sülh, sabitlik yaradılması üçün öz məsuliyyəti və öhdəlikləri vardır. Lakin bunun qarşılığında​ bir sıra dövlətlərin əks siyasi gedişlərinin şahidi oluruq. Məsələn Ermənistan işğalçı qüvvələrinin ​ Azərbaycanla sərhəddə təxribata əl atmasından ​ əvvəl Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərildiyi məlum olmuşdur. Bu ölkə Azərbaycan tərəfindən həmişə özünə qarşı sülh siyasətini, dəstəyini, qayğısını gördüyü halda ədalətsizliyi dövlət siyasətinə çevirmişdir. Daha dəqiq bir necə fakt desək yerinə düşər. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Azərbaycan Kosovonun müstəqilliyini tanımadı və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Təbii ki, dövlətimiz tərəfindən bu ciddi etirazla qarşılanmış və həmişə olduğu kimi sülh və ədalətin pozulmasına rəvac verən siyasi gedişləri yenə də pisləmiş, konkret mövqe ortaya qoymuşdur. Bundan sonra avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyəti- Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər etmişdir. Halbuki, bu proses əvvəlcədən təhlil edilib dövlətlər arasında gərginlik yaradan amillər nəzərdən keçirilməli idi. Deməli burada yuxarıda qeyd etdiyimiz kimi qərəzli qüvvələr öz maraqları naminə gərginliyi artırmaq yolunu tutmuşlar. Təəssüflər olsun ki, eyni motivləri qonşu Rusiya ücün də təhlil etmək mümkündür. Münaqişənin başlandığı vaxtlardan Azərbaycan​ Rusiyanın Ermənistana silah satması və hərbi texnikanın döyüş məqsədi ilə daşınmasına dair faktları və əhatəli dövlət mövqeyini ortaya qoyub. Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın törətdiyi təxribatdan az sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ​ ilə Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən silah daşınıb. Bu daşınmaya razılıq verən Qazaxıstan və Türkmənistan dövlətlərinin siyasi mövqeyi və işğalcıya belə bir imkanın yaratması cox böyük bir narahtçılıq doğurmuşdur. Bütün bunların mahiyyətini, dövlətlər arasında sulhə, sabitliyə vurduğu zərbəni Prezident İlham Əliyev növbəti dəfə​ həmin dövlətlərin rəhbərlərinə şərh etmişdir. Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərkən iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verərkən Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və​ mülki vətəndaşların həlak olduğunu və bu prosesin regiondakı sulh prosesinə ağır zərbə vurduğunu ətraflı şərh etmışdır. Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək kimi niyyətinin də siyasi çalarlarını təhlil edərək iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır. Digər ölkələrin hava xəttindən ​ Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunun aydınlaşdırılması məsələsini gündəmə gətirmişdir. Belələlə, regiondakı hazırki siyasi vəziyyətin işğalçılara himayədarlıq edən dövlətlər tərəfindən qəsdən düzgün təhlil edilməməsi, ədalətə göz yumulması, məqsədli olaraq münaqişənin qızışdırılma cəhdləri göstərir ki, tarixdə olduğu kimi Azərbaycan torpaqlarında yaradılmış İndiki Ermənistan bir sıra dövlətlərin əlində vasitə rolunu oynayır. Açıq bəyan edilməlidir ki, Ermənistanın və onun havadarlarının avanturist siyasi gedişləri nəinki regionun hətta bəşəriyyətin gələcəyinə real təhlukə mənbəyidir. Azərbaycan Prezidentinin sarsılmaz iradəsi və Azərbaycan xalqının cəsur mudrik​ mübarizə əzmi​ ədalətli mövqeyimizin tarixi qələbəsinə hec bir şübhə yaratmır.