Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
14 İyul , 2020

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə keçirilən videomüşavirədə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, şəhərin səhiyyə müəssisələrinin, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Video-müşavirədə giriş sözü ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 12 iyul 2020-ci il tarixdə günorta saatlarında Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində silahlı qüvvələrimizin mövqelərini atəşə tutduğunu, ordumuzun əks həmlələri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdlərinin qarşısının alındığını bildirdi. Hazırda Azərbaycan silahlı qüvvələrinin operativ vəziyyətə nəzarət etdiyini qeyd etdi.Təxribat nəticəsində Azərbaycanın 4 nəfər hərbi qulluqçusunun şəhid olduğunu, 4 nəfərin yaralandığını bildirdi. Şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbiçilərimizə isə şəfa dilədi . Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirdiyini, iclasda erməni təcavüzü ilə bağlı ətraflı məlumat verdiyini, həlak olan hərbiçilərimizin qisasının alındığını, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə inamını ifadə etdiyini bildirdi. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və xalqımızın yolxucu infeksiyadan az zərərlə çıxması istiqamətində zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin yerlərdə də davam etdirildiyini bildird. İlqar Abbasov xüsusi karantin rejimi müddətində şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərərgahın təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təxirəsalınmaz işlərin həyata keçirildiyini, yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlərin davam etdirildiyini qeyd edib. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvləri və 35 mobil qrup tərəfindən ticarət, iştimai-iaşə və xidmət obyektlətində reydlərin keçirildiyini yerlərdə izahetmə-xəbərdarlıq işlərinin davam etdirildiyini, əhalinin sıx olduğu məkanlarda, eləcə də ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlərin aparıldığını, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyə və tapşırıqların yerinə yetirildiyini bildirdi. Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərərgahın ticarət, ictimai iaşə və xidmət obyektlərinə keçirdiyi reydlər zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyən 5 ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılmış, 78 nəfər vətəndaş karantin qaydalarını pozduğuna görə 100 manat, 1 nəfər vətəndaş 200 manat, 2 ticarət obyekti isə sanitar-epidemioloji qaydalara əməl etmədiklərinə görə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən hər biri 1500 manat məbləğində cərimə edilmişdir. Video-müşavirədə infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən görülən işlər barədə ətraflı məlumatlar verildi. Həyata keçiriləcək profilaktik tədbirlərlə bağlı təkliflər irəli sürüldü. Müxtəlif bank filiallarında və ödəmə terminallarında, ictimai nəqliyyatda dezinfeksiya işlərinin aparılması, social məsafənin gözlənilməsi, maskadan istifadəyə ciddi nəzarətin davam etdirilməsi tövsiyə olundu. Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İLqar Abbasov həlli vacib olan sosial və kommunal məsələlərlə bağlı aidiyyətı xidmət təşkilatlarının rəhbərlərinə, məsul əməkdaşlarına müvafiq tapşırıq və tövsiyələrini verdi.