Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
3 İyul , 2020

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə keçirilən videomüşavirədə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, şəhərin təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, şəhər və qəsəbə bələdiyyələrinin sədrləri, həmçinin xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Video-müşavirədə giriş sözü ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov koronavirus(COVID-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və xalqımızın yolxucu infeksiyadan az zərərlə çıxması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin davam etdirildiyini bildirib. İlqar Abbasov xüsusi karantin rejimi müddətində şəhər İcra Hakimiyyəti başçısı yayında yaradılmış Operativ Qərərgah tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təxirəsalınmaz işlərin həyata keçirildiyini, yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlərin davam etdirildiyini bildirib. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 35 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində və qəsəbələrdə izahetmə-xəbərdarlıq işləri davam etdirilib, əhalinin sıx olduğu məkanlarda, eləcə də ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Eyni zamanda, şəhər ərazisində parkların giriş hissələrinə təbliğat xarakterli plakatlar qoyulmuş, könüllü gənclərin iştirakı ilə əhali arasında yolxucu infeksiya haqqında maarifləndirici bukletlərin paylanılması təmin edilmiş, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyə və tapşırıqları və sanitar-epidemioloji tələblərlə bağlı məlumatlar dövrü olaraq şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında və rəsmi internet saytında yayımlanmışdır. Əhalinin sağlamlığının qorunması məqsədi ilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb. Şəhər İcra Hakimiyyətinin başçısı eyni zamanda, prezident cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə ardıcıl və məqsədyönlü işlərin davam etdirildiyini, rüşvət və korrupsiya hallarına son qoymayan və dövlətin mənafeyinə ciddi zərbə vuran şəxslərin hüquq-mühafizə orqanları tərəfindən ciddi cəzalandırıldığını bildirib. İlqar Abbasov qeyd edib ki, dövlət qulluğunda işləyən hər bir məsul şəxs korrupsiyaya qarşı mübarizə sahəsində cənab prezident tərəfindən verilmiş tövsiyyə və tapşırıqlara ciddi riayət etməlidir. Video-müşavirədə iştirak edənlər öz çıxışlarında xüsusi karantin rejiminin müddətinin 2020-ci ilin avqust ayının 1-dək uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasından sonra fəaliyyət sahələri üzrə yeni növ koronavirus(COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində şəhər ərazisində gördükləri işlər və həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumatlar veriblər. Xüsusi olaraq qeyd olunub ki, şəhər ərazisində pandemiya əleyhinə bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir və virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi şəkildə riayət etməkdir. Sonda İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi olaraq qeyd edib ki, vətəndaşlarımız dövlətimizlə həmrəy olmalı, karantin qaydalarına riayət etməklə həm özünü, həm də ətraflarında olan insanları və yaxınlarını qorumalıdır. Əgər buna tam əməl edə bilsək, tez bir zamanda vəziyyətdən çıxa bilməyimiz mümkün olacaqdır. Eyni zamanda, COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı şəhər ərazisindəki vəziyyət təhlil olunduqdan sonra yaradılmış mobil qrupların iştirakı ilə əhali arasında sosial məsafənin gözlənilməsi, lazımi fərdi qoruyucu vasitələrdən və dezinfeksiyaedici maddələrdən istifadə olunması, həmçinin şəxsi gigiyena tələblərinin gözlənilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri gücləndirilməli, ictimai-iaşə obyektlərində, taksi fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitələrində və ictimai nəqliyyatda sanitar-gigiyenik tələblərin gözlənilməsi təmin edilməli, ümumiyyətlə Nazirlər Kabineti yayında Operativ Qərərgah tərəfindən verilmiş tövsiyyə və tapşırıqlara idarə müəsisə və təşkilatlar tərəfindən birmənalı şəkildə riayət olunması təmin edilməlidir.