Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
26 May , 2020
19-25 may 2020-ci il tarixlərində Şirvan şəhər Təhsil Şöbəsinin təşkilatçılığı əsasında ümumi təhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik mahnılarından ibarət mahnı müsabiqəsi keçirilmişdir. Müsabiqə bir kateqoriya üzrə-vətənpərvərlik ruhunda mahnı-seçim turundan ibarət olmuşdur. İştirakçılar vətənpərvərlik ruhunda ifa olunan mahnının yazılmış video versiyasını şəhər Təhsil Şöbəsinin elektron poçt ünvanına göndərməklə müsabiqədə iştirak ediblər. Təşkilatçılar tərəfindən müsabiqənin keçirilməsində məqsəd karantin rejimi müddətində gənclərin asudə vaxtının səmərəli təşkili və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsidir. Müsabiqənin qalibləri münsiflər heyətinin seçimi əsasında müəyyən olunmuş və yekun qərarla 14 nömrəli tam orta məktəbin şagirdi Möminə Nurizadə I yerə, 16 nömrəli tam orta məktəbin şagirdi Məryəm Mehdizadə II yerə, 9 nömrəli tam orta məktəbin şagirdi Aqil Kərimli III yerə və 5 nömrəli ümumi orta məktəbin şagirdi Rəhman Axverdiyev isə həvəsləndirici yerə layiq görülüb. Müsabiqənin qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.