Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
4 İyun , 2020
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın sosial-iqtisadi həyatında əldə edilən uğurlar hər bir bölgədə olduğu kimi Şirvan şəhərinin həyatında da öz əksini tapmaqdadır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında şəhər ərazisində irimiqyaslı layihələrin icrası, quruculuq-abadlıq işləri davam etdirilir. Həmçinin yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 03 iyun 2020-ci il tarixində, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, şəhər Bələdiyyəsinin və kommunal xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə şəhərin bir sıra ünvanlarında olaraq aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub, sakinlərlə görüşərək onları narahat edən məsələləri yerində dinləyib. Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin 1 May küçəsində şəhidlər Kərimov Vüqar Yadigar oğlunun və Quliyev İmran Nəriman oğlunun xatirəsinə layihələndirilən abidə kompleksinin tikinti işlərinin gedişinə onların valideynlərinin iştirakı ilə birlikdə baxıb, şəhərin Energetik 9 və l-nt İbrahimov 10 saylı binaların qarşısında İDEA İctimai Birliyinin “Bizim həyət” xüsusi layihəsinə uyğun olaraq yeni, müasir abad məhəllənin salınacağı 1,5 ha sahə ilə yerində tanış olaraq öz tövsiyə və tapşırıqlarını verib. Abad məhəllədə “İDEA” İctimai Birliyi tərəfindən idman və uşaq əyləncə qurğuları, yelləncəklər, kölgənəcəklər və söhbətgahlar quraşdırılması nəzərdə tutulub. Sonra şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Şirin Şükürov küçəsində sakinlərin təşəbbüsü ilə aparılan abadlıq işləri ilə tanış olub, məhəllə sakinləri ilə söhbət edərək onların təşəbbüsünü bəyəndiyini, bu təşəbbüsün digər məhəllələr üçün də stimul olacağını qeyd etmiş və aparılan işlərlə bağlı şəhər İcra Hakimiyyəti tərəfindən lazımi dəstəyin veriləcəyini bildirib. Daha sonra isə İlqar Abbasov Dövlət Proqramına uyğun olaraq şəhərin l-nt İbrahimov 12 və 14, T.İsmayılov 7 və 11, həmçinin N.Nərimanov 13 ünvanlarında yaşayış binalarının zirzəmilərinin çirkab sularından təmizlənməsi, S.Zeynalov və l-nt İbrahimov küçələrində isə mərkəzi və məhələdaxili kanalizasiya xətlərinin çəkiliş işləri ilə də tanış olub. İlqar Abbasov eyni zamanda qeyd ounan ünvanlarda yaşayan şəhər sakinləri ilə görüşərək onları narahat edən məsələləri yerində dinləyib, görüşdə qaldırılan məsələlərə münasibətini bildirərək sakinləri əmin edib ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün lazımi bütün imkanlardan istifadə ediləcəkdir. Sakinlər bütün dünyanı bürüyən pandemiya vəziyyətinə baxmayaraq, ölkəmizdə, eyni zamanda Şirvan şəhərində vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, şəhər əhalisinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinləri narahat edən məsələlərin qısa zaman ərzində həllini tapmasi üçün müvafiq tədbirlərin görüləcəyini bildirib, bir daha sakinləri özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmağa, qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsinə riayət etməyə dəvət edib.