Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
6 İyun , 2020
Ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin digər bölgələri kimi Şirvan şəhərinin də abadlaşması və müasirləşməsi istiqamətində lazımi tədbirlər görülür, sosial-infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Həyata keçirilən abadlıq-quruculuq işləri içərisində Məhəmməd Füzuli adına Şirvan şəhər parkının əsaslı şəkildə yenidən qurulması xüsusi yer tutur. Şəhər sakinlərinin, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradılacağı parkın mərkəzi hissəsində yerləşən kanalın və süni gölün xüsusi texnikalar vasitəsi ilə təmizlənməsi işləri artıq başa çatdırılıb və kanalın tikintisinə başlanılıb. Kanala qum qatı verilib və kipləmə işləri aparılıb. Eyni zamanda hazırlıq qatının düzəldilməsi üçün kanalın yatağına çınqıl qatı yayılıb, taxta qəliblər quraşdırılıb, ilkin olaraq 10 sm qalınlığında betonlama işləri aparılıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov parkda aparılan işlərlə yerində tanış olub, müvafiq tövsiyyə və tapşırıqlarını verib. Hazırda işlər davam etdirilir.