Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
13 Mart , 2020

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 13 mart 2020-ci il tarixində Gənclər və İdman naziri Azad Rəhimov Şirvan şəhər Gənclər Evində Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edib. 14 vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, idman zalının tikintisi, işlə təminat və digər məsələlərlə bağlı olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, araşdırılması əlavə vaxt tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb. Sakinlərin ərazilərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.