Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
6 Mart , 2020

06 mart 2020-ci il tarixdə, saat 11:00-da, Şirvan şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan şəhər Şöbəsinin birgə təşkilatçılığı və şəhid Rafət Əsədovun döyüş yoldaşlarının iştirakı ilə anım tədbiri keçirildi. Anım tədbirindən öncə Şəhidlər Xiyabanı ziyarət edilmiş, şəhidin məzarə üstünə gül-çiçək dəstələri qoyulmuşdur. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində son illər ərazində həyata keçilən tədbirlər bunu bir daha sübut edir. Sonra şəhidin yaşadığı mənzildə ailə üzvləri ilə görüş keçirilmişdir. Görüşdə şəhidimizin əziz xatirəsi yad edilmiş, barəsində xoş təəsüratlar danışılmışdır.