Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
28 Fevral , 2020

28 fevral 2020-ci il tarixində, 16 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə 1 Mart–Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır. Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin mülki müdafiə vasitələrinin nümayişi keçirilmişdir.