Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
25 Fevral , 2020

 Şirvan şəhər Mərkəzi kitabxanasında Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “ Xocalı qətliamı “ adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru İltifat Nəbiyev açmış və Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edənlər- İlhamə İmanovanın “Xocalı faciəsi”,

Aysel İsmayılovanın “ Xocalı soyqırmı”, Kəmalə Quliyevanın  “Xocalı qətliamı ”, Alma Cəfərovanın “ Xocalı harayı “  mövzusunda məruzələri  dinlənilmışdir. Tədbirdə 9 nömrəli tam orta məktəbin şagirdləri Əfəndiyeva Zöhrə, Sarxanova Rövşanə, Umudova Aysu, Əliyeva Şəhla, Həsənov Şahin, Məmmədov Camal, Qəfərov Hacı, Ağayev Mikayıl, Şıxalıyev Elnur, Məlikov Həmid, İmanova Aysun, Şirinova Zəhra, Ağayeva Fatimə və Azayeva Röyalənin ifasında  “Xocalı harayı “ adlı bədii kompazisiya təqdim edilmişdir.

Tədbirdə “ Xocalı faciəsi bəşəriyyət əleyhinə cinayətdir” adlı sərgi nümayiş olunmuşdur.

Sonda erməni vəhşiliklərini əks etdirən “ Xocalı” filmi nümayiş olunmuşdur.