Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
8 Fevral , 2020

08.02.2020-ci il tarixdə, təhsil və səhiyyə ocaqlarında, digər idarə, müəsisə və təşkilatlarda çalışan işçilərin, şəhərin Mənzil Təsərrüfatı İdarəsi və Kommunal Kombinatı müəssisəsinin əməkdaşlarının və fəal gənclərin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində yolun sol və sağ hissələrində, həmçinin Şəhidlər Xiyabanının ətrafında ənənəvi ümumşəhər iməcliyi keçirilmişdir. Kütləvi təmizlik aksiyasında yol kənarlarına əkilən müxtəlif növ ağacların qurumuş budaqları budanmış, qurumuş ağaclar yeniləri ilə əvəzlənmiş, əraziyə cəlb olunmuş xüsusi texnika vasitəsi ilə suvarılma işi aparılmışdır. Ərazilər alaq otlarından təmizlənmiş, qurumuş ot örtüyü biçilərək səhmana salınmış, daş və digər tullantı parçaları toplanmışdır. Yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının qorunması, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eyni zamanda şəhər əhalisi arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi baxımından böyük əhəmiyyəti olan ümumşəhər iməcliyində Şirvanlılar böyük ruh yüksəkliyi ilə iştirak etmişdirlər.