Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
7 Fevral , 2020

07 fevral 2020-ci il tarixdə, Şirvan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar şəhidin xatirəsinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir. Tədbirdə şəhərin 9 və 10 nömrəli tam orta məktəblərinin şagirdləri və Şirvan Dövlət İqtisadiyyat Humanitar Kollecinin tələbələri iştirak etmişdir. Sərgidə məktəblilər tərəfindən çəkilmiş, Milli Qəhrəman Mübariz İbrahimovun həyat və döyüş yoluna, vətənpərvərliyinə həsr olunmuş rəsm əsərləri nümayiş olunmuşdur. Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş sərgi ilə tanış olublar. Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbirdə çıxış edərək milli qəhrəmanlarımızın gənclər arasında təbliğinin vacibliyindən, onların adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən və Mübariz İbrahimovun keçdiyi həyat yolunun gənclərimiz üçün bir vətənpərvərlik nümunəsi olduğunundan bəhs etmişdir. Sərginin sonunda fərqlənən gənc rəssamlara, 9 nömrəli tam orta məktəbinin şagirdləri Abbas Tağıyevə, Zəhra Ağayevaya, Aysu Xələfovaya, 10 nömrəli tam orta məktəbinin şagirdləri Səbinə Fətullayevaya, Gülşən Əliyevaya, 4 nömrəl tam orta məktəbin şagirdi Sevinc Nağıyevaya və 2 nömrəli tam orta məktəbin şagirdi Mircamal Qəhrəmanova Heydər Əliyev Mərkəzinin fəxri fərmanları təqdim olunmuşdur.