Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
6 Fevral , 2020

06 fevral 2020-ci il tarixdə, şəhərin İ.Qayıbov küçəsində, 1 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər ərzində ölkəmizin iqtisadi durumun yaxşılaşdırılması, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və maddi rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı çıxış edərək bildirib ki, regionların sosial-iqtisadi cəhətdən inkişafı dövlətimizin iqtisadi prioritetləri arasında mühüm yer tutur. Həyata keçirilən regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün respublikamızın digər şəhər və rayonları kimi ən böyük sənaye mərkəzlərindən olan Şirvan şəhəri dinamik inkişaf edərək müasirləşir. Vurğulanıb ki, ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərini zövqlə və günün tələbləri səviyyəsində aparılması ilə bağlı göstərişlərinə və tövsiyyələrinə müvafiq olaraq 2020-ci il ərzində Şirvan şəhəri ərazisində geniş miqyaslı abadlıq-quruculuq və yenidənqurma işlərinin aparılması, şəhərin park və xiyabanlarında səliqə-səhmanın yaradılması nəzərdə tutulub. Görüləcək işlərin bir hissəsi olaraq Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı xüsusi layihə əsasında, yüksək keyfiyyətlə və zövqlə əsaslı şəkildə yenidən qurulacaqdır. İlqar Abbasov bildirib ki, Şirvan şəhərinin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə həyata keçiriləcək kompleks tədbirlər və sosial infrastruktur layihələri uğurla icra olunacaqdır. Qəbul zamanı 18 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş və müarciətlərə aydınlıq gətirilmişdir. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Sakinlər öz çıxışlarında son illərdə republikamızda həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını bildirmiş, onlara yaradılan şəraitə, göstərilən qayğıya və problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.