Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
1 Fevral , 2020

01 fevral 2020-ci il tarixdə, şəhər İcra Hakimiyyətinin və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral-Gənclər günü münasibətilə ümumşəhər tədbiri keçirildi. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şura üzvləri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, tələbələr, ictimai fəaliyyətə cəlb olunmuş könüllülər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Azərbaycanda 2 fevral tarxinin–Gənclər Günü kimi qeyd olunması müdrik siyasi lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il 2 fevral tarixində Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə respublika gənclərinin I Forumu keçirilmişdir. Respublika gənclərinin həyatında mühüm hadisə olan bu forumdan bir il sonra Ulu öndər 2 fevral gününün ölkədə Gənclər Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Gənclərə dövlət qayğısı gündən-günə artırıldı. Onların məsul vəzifələrə irəli çəkilməsinə, inkişaf etmiş demokratik ölkələrin təcrübəsindən bəhrələnmələrinə şərait yaradıldı. Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi respublikamızda digər sahələrin inkişafı ilə yanaşı idman və bədən tərbiyəsinin inkişafına, idmançılara göstərilən diqqət və qayğının artırılmasına səbəb oldu. Müasir gəncliyin formalaşması və inkişafı istiqamətində mühüm dövlət proqramları qəbul edildi. Həmin müdrik siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəsil yetişir. İlqar Abbasov qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı son illərdə Şirvan şəhərində də ardıcıl davam etdirilmiş, ötən müddət ərzində şəhərimizdə yeni idman meydançaları və qurğuları inşa edilmiş, mövcud idman zallarının və meydançalarının maddi-texniki bazası gücləndirilmiş, gənclərin, o cümlədən uşaq və yeniyetmələrin idmana maraqlarının artırılması istiqamətində təsirli tədbirlər görülmüşdür. Yeni salınan nümunəvi məhəllələrdə idman qurğuları quraşdırılmış, Şirvan Olimpiya İdman Kompleksi və Şirvan Gənclər Evi istifadəyə verilmişdir. İlqar Abbasov şəhər gənclərini 2 fevral Gənclər günü münasibəti ilə təbrik edərək dövlətimizin gənclər qarşısında qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsində onlara daha böyük uğurlar və nailiyyətlər arzu etmişdir. Tədbirdə 2019-cu il ərzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş respublika miqyaslı tədbirlərin zona və final mərhələlərində fərqlənən gənc idmançılar və ictimai-sosial fəallığı ilə fərqlənən gənclər şəhər Icra Hakimiyyəti başçısının fəxri fəmanları və qiymətli hədiyyələrlə təltif edildilər. Daha sonra tədbir respublikamızın və şəhərimizin tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirildi