Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
16 Yanvar , 2020

Şirvan şəhər Mərkəzi Kitabxanasında 20 Yanvar  Ümumxalq Hüzn Günü ilə əlaqədar “ 20 Yanvar qan yddaşımız” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru  İltifat Nəbiyev açmışdır. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  İlhamə İmanovanın” 20 Yanvar faciəsi”, Alma Cəfərovanın “Qanlı tarix” , Aysel İsmayılovanın  “Elçin İmanov“ , Kəmalə Quliyevanın “ İlham və Fərizə” 9 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Gülarə Cahangirovanın “ Qəhrəmanlıq salnaməsi” adlı məruzələri dinlənilmişdir. Tədbirdə Şirvan şəhər 9 nömrəli tam orta məktəbin VII c sinif şagirdləri-----Aysun Ağacanova, Günay Bağırova, Tutu Rəhimzadə, Ayşən Yusifli, İntizam Gözəlov, Gülnaz Qafarova, Xumar Dəmirova, Murad Mahmudzadə,  Əli Həsənzadə, Məhəmməd Vəliyevın ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş “ Şəhidlər “ adlı kompazisiya təqdim olunmuşdur. Tədbirin sonunda “ Qanla yazılan tarix  “ adlı sərgiyə baxış keçirilmişdir.