Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
10 Yanvar , 2020

10 yanvar 2020-ci il tarixdə, Telemexanika və Araz zavodlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunmuşdur. İlk öncə həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmış mərd Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun misli görünməmiş cinayətlərindən danışdılar. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduğumuz qeyd olunmuş, bu qanlı hadisələrdən illər keçsə də, xalqımızın o müdhiş gecəni daim xatırlayacağı və 20 Yanvar faciəsinin respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd ediləcəyi vurğulanmışdır.