Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
9 Yanvar , 2020

09 yanvar 2020-ci il tarixdə, 18 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov səyyar qəbul-görüşdə yola saldığımız 2019-cu ildə respublikamızda həyata keçirilən böyük həcmli enerji layihələri, genişmiqyaslı struktur və kadr dəyişiklikləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, şəhid vərəsələrinə birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə, eyni zamanda Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında sakinlərə ətraflı məlumat vermişdir. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, şəhər sakinləri ilə keçirilən səyyar qəbulların məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır. Qəbul zamanı 21 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş və müarciətlərə aydınlıq gətirilmişdir. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Səyyar qəbulda sakinlər onlara yaradılan şəraitə, göstərilən qayğıya və problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirdilər.