Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
10 Dekabr , 2019

  Şirvan şəhər Mərkəzi Kitabxanasında   31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  günü və Yeni il Bayramı  münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam “ adlı əyləncəli viktorina  keçirilmişdir. Tədbiri giriş sözü ilə Şirvan şəhər MKS-nin direktoru İltifat Nəbiyev açaraq tədbir iştirakçılarını təbrik etmişdir. Uşaq şöbəsinin müdiri Alma Cəfərova uşaqlarla əyləncəli viktorina oyunu keçirmişdir. Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Ilhamə İmanova Yeni ilin yaranma tarixi haqqında çıxış etmişdir. Tədbirdə məktəblilərin  ifasında bayraq, vətən, yeni il haqqında   şeirlər səsləndirilmiş, mahnılar oxunmuş, rəqs edilmişdir. Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə səbəb olmuşdur. Şaxta baba uşaqlara hədiyyələr vermişdir.