Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
10 Dekabr , 2019

  Şirvan şəhər Mərkəzi kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Tariximizin ən böyük azərbaycanlısı” adlı sərgiyə , “Heydər Əliyev və mədəniyyət” adlı fotostendə baxış keçirilmişdir. Sərgidə “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir”, “Böyük insan”, “Heydər Əliyev və Azərbaycanın Milli qəhrəmanları”, “Müstəqillik yollarında”, “Heydər Əliyev və Azərbaycan parlamenti”, “Şəxsiyyət və zaman”, “Xalqa həsr olunan illər”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Heydər Əliyev və mədəniyyət” və s. kitablar sərgilənmişdir. Mərkəzi kitabxnanın Oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanova Heydər Əliyevin həyat və fəaliyyəti, onun mədəniyyətimizə və kitabxanalara göstərdiyi qayğı haqqında  məlumat vermişdir.