Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
5 Dekabr , 2019

 Şirvan şəhər Mərkəzi Kitabxanasında Böyük Azərbaycan şairi və filosofu Imadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “ Əbədiyyat səmasında doğan günəş” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru İltifat Nəbiyev açaraq tədbir iştirakçılarını salamlamışdır. Sonra İlhamə İmanovanın “ Filosof şair”, Kəmalə Quliyevanın “ İmadəddin Nəsiminin həyatı”, Aysel İsmayılovanın “İmadəddin Nəsiminin yaradıcılığı”, 16 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,  filologiya elmləri üzrə fəlsəfə doktoru Şəhla Məcidovanın “ Ədəbiyyatımızın Nəsimi zirvəsi” adlı məruzələri dinlənilmişdir.

Tədbirin ikinci hissəsində 21 nömrəli tam orta məktəbin şagirdəri Hüseynova Bikəxanım və İsmayılzadə Türkanın ifasında Nəsiminin qəzəlləri səsləndirilmişdir.

Şirvan şəhər Uşaq Musiqi Məktəbinin kollektivinin Salmanov İlhamın, Əmirov Nahidin, İbişov İrşadın, Hüseynov Rəvanın, Əliyev İlkinin, Babayev Bayramın, Abdullayev Elcanın, Kərimli Aqilin, Məmmədov İsmayılın, Xəlilli Cəsarətin ifasında şairin şeirlərinə bəstələnmiş musiqilər və muğamlar səsləndirilmişdir.

Tədbirdə “ Nəsimi” filmindən fraqment nümayış olunmuşdur.

Sonda “ İmadəddin Nəsimi- 650” başlıqlı sərgiyə baxış keçirilmişdir