Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
3 Yanvar , 2020

Şirvan Mədəniyyət Mərkəzinin kollektivi 31 dekabr 2019-cu il və 01 yanvar 2020-ci il tarixlərində Dünya Azərbaycanlilarinin Həmrəylik günü və Yeni il bayramini N sayli hərbi hissələrdə əsgərlərlə birlikdə qeyd etmişdir. Konsertdə mədəniyyət evinin musiqi kollektivinin gənc solistlərinin ifasında bəstəkar, xalq və vətənpərvərlik mövzusunda mahnıları səsləndirilmiş, rəqs qrupu tərəfindən ifa olunan Azərbaycan rəqsləri əsgər və zabit heyyəti tərəfindən alqışlarla qarşılanmışdır. Hərbi hissələrin rəhbərliyi təşkil olunmuş tədbirlərə görə təşkilatçılara öz təşəkkürlərini bildirmiş və Şirvan Mədəniyyət Mərkəzini fəxri fərmanlarla təltif etmişdir.