Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
30 Oktyabr , 2019

Ənənəvi olaraq 20 oktyabr- 20 noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində Mərkəzi Kitabxanada “ Uşaqlar ailənin möhkəmliyi, xalqın gələcəyidir “ adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açaraq tədbir iştirakçılarını salamlamışdır. Sonra İlhamə İmanovanın “ Uşaq hüquqları” , Aysel İsmayılovanın “ Uşaq hüquqları aylığı və Azərbaycanda uşaqlar”,  Yeganə Nağdəliyevanın “ Uşaq hüquqları konvensiyası” , Kəmalə Quliyevanın “ Uşaq hüquqlarının pozulması”  mövzusunda məruzələri dinlənilmişdir. Tədbirdə 10 nömrəli məktəbin 5a və 3b sinif şagirdləri Gülsüm İmanovanın və Nuray İmanlının,18 nömrəli tam orta məktəbin 2a sinif şagirdi Əli İsmayılovun ifasında “ Ağıllı şagird” , 21 nömrəli tam orta məktəbin 5a sinif şagirdlərinin ifasında “Vətən bizi çağırır” adlı ədəbi-bədii kompazisiya  və Oktay Rəcəbovun “ Uşaqlar sevinsin həmişə” mahnısı səsləndirilmişdir. Uşaqlar arasında “ Siz hüquqlarınızı bilirsinizmi?” mövzusunda disput keçirilmişdir. Disputda 21 nömrəli tam orta məktəbin şagirdləri fəal iştirak etmişlər.Tədbirin sonunda uşaqların əl işlərindən ibarət sərgiyə və “ Uşaq hüquqları “ adlı kitab sərgisinə baxış keçirilmişdir.