Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
16 Oktyabr , 2019

Şirvan şəhər Mərkəzi Kitabxanasında 18 Oktyabr Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz dönməzdir” adlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmış Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra İlhamə İmanovanın “Müstəqillik yollarında” Əsmər Mirzəyevanın “Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı”, Aysel İsmayılovanın “Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir”, Mətanət Zərbəliyevanın “Müstəqilliyimiz əbədi sərvətimizdir”, 21 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Şəbnəm Abdullazadənin “İstiqlal mücahidləri” mövzusularında məruzələri dinlənilmişdir.

           Tədbirin bədii hissəsində iştirakçılara  Müstəqillik gününə həsr olunmuş 21 nömrəli tam orta məktəbin 5A sinif şagirdləri Əzizova Zəhranın, İbrahimsoy Aysunun, Ağayeva Gülsümün, Qafari Yusifin, Hacıyeva Məryəmin, Qafarova Reyhanın, Əliyev Ümidin, Səmədov Fəridin, Qədimli Məmmədəlinin ifasında “Vətən bizi çağırır” adlı ədəbi-bədii kompazisiya təqdim edilmişdir.

           Sonda “ 18 Oktyabr Müstəqillik  Günüdür “ adlı sərgiyə baxış keçirilmişdir.