Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
2 Oktyabr , 2019

Şirvan şəhər Mərkəzi Kitabxanasında Azərbaycanın Milli qəhrəmanları Ülvi Bünyadzadənin və Natiq Əhmədovun 50 illik yubileyi ilə əlaqədar “ Milli qəhrəmanlarımızı  xatırlayaq və tanıyaq” adlı tədbir keçirilmışdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açaraq tədbir iştirakçılarını salamladı və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra İlhamə İmanovanın “Ölməz qəhrəmanlar “ , Yeganə Nağdəliyevanın “ Ülvi Bünyadzadənin həyat yolu”,  Alma Cəfərovanın “ Natiq Əhmədovun həyat və döyüş yolu” haqqında məruzələri dinlənilmiş,  16 nömrəli tam orta məktəbin 8 ç sinif şagirdi Şahbazov Kənanın  Ülvi Bünyadzadənin müəllifi olduğu “ Vətən üçün ölməliyik”, həmin məktəbin 5 ç sinif şagirdi Şahbazova İlahənin Ülvi Bünyadzadənin müəllifi olduğu “Təzadlar “ adlı şeirlərini, 10 nömrəli məktəbin 5a və 3b sinif şagirdləri İmanlı Gülsüm və İmanlı Nuray Nəbi Xəzrinin “ İstiqlal marşı” şerini  səsləndirmişlər. Tədbirdə milli qəhrəmanlar haqqında video-çarx nümayiş olunmuşdur. Sonda “Ölümsüzlüyə qovuşan qəhrəmanlar” adlı sərgiyə baxış keçirilmişdir.