Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
9 İyul , 2019

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 22 fevral 2019- cu ildə Azərbaycanın görkəmli muğam ustadı Hüseynov Hacıbaba Hüseynəli oğlunun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncama əsasən Şirvan şəhər Mərkəzi Kitabxanası və  Şirvan şəhər Rəsm Qaleriyası tərəfindən  “ Muğam sənətinin ustadı “ adlı ədəbi musiqili kompazisiya hazırlanmışdır. Tədbirdə çıxış edənlər –İlhamə İmanova “ Hacıbaba Hüseynovun həyatı və yaradıcılığı “, Pərvin Mustafazadənin “ Muğam bilicisi”, İlahə Novruzovanın “Ustad xanəndə” adlı məruzələri dinlənilmişdir. Xanəndənin ən şox sevilən “İki sevda çəkənlərin “ , “ Olmaz olmsın “ təsnifləri , mahur muğamı səsləndirilmişdir.