Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
14 İyun , 2019

Şirvan şəhər Mərkəzi Kitabxanasında 15 iyun Milli Qurtuluş günü münasibətilə “ Qurtuluş tariximiz” adlı tədbir keçirilmişdir. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açaraq 15 iyun Milli Qurtuluş günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Sonra Ümummilli  Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edənlər – İlhamə İmanovanın “ Heydər Əliyev fenomeni”, Aysel İsmayılovanın “Heydər Əliyev və milli qəhrəmanlarımız”, Mehriban Alxasovanın “Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti”, Firuzə Əliyulmusavinin “ Qurtuluşa gedən yol”, Mətanət Zərbəliyevanın “ Mədəniyyətimizin hamisi” mövzusunda məruzələri dinlənilmişdir. Tədbirin sonunda “ Böyük şəxsiyyət” adlı film nümayiş olunmuşdur.