Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
29 May , 2019

29 may 2019-cu il tarixdə saat 11:00-da Şirvan Gənclər Evində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu 2019-2020-ci tədris ili üçün instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə Şirvan şəhərində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbiri keçirildi.Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov iştirak etdi.