Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
22 May , 2019

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxanasının qarşısındakı parkda XI kitab bayramı keçirilmişdir. Bayramın keçirildiyi park “XI kitab bayramınız mübarək!”, “Gəlin, mütaliə edək”, ümummilli liderin kitab haqqında qanadlı fikirləri yazılmış stendlərlə bəzədilmişdir. Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondlarında olan kitablardan nümunələr “Tarixin ən böyük azərbaycanlısı”, “İmadəddin Nəsimi -650”, “Biz o yerlərə qayıdacağıq!”, “Doğma şəhərimiz Şirvan”, “Yeni kitablar”, “Uşaq aləmi” adlı sərgilər də nümayiş etdirilmişdir. Kitab bayramında, həmçinin, uşaqların əl işlərindən, Şirvan Dövlət Rəsm Qalereyasının əməkdaşları və dərnək üzvlərinin rəsmlərindən ibarət sərgilər nümayiş olunmuşdur.

Kitab bayramında Şirvan şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının dövlət himni, Dilarə Qasımovanın “Azərbaycan”,   Vladimir  Siçenkonun “Xasanski vals” , Nailə Mirməmmədlinin “Ey ana vətən”, Oqtay Rəcəbovun “Uşaqlar sevinsin həmişə” , Əfsər Cavanşirovun “ Ağacdələn”,  Medvedovskiy “ Qamma caz”,  Polad Bülbüloğlu “ Toydan sonar düzələr “mahnıları səslənmişdir.

Şirvan şəhər 21 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Cəfər Cabbarlının “Ana” , “ Mən bir susmaz duyğuyam ki “, İmadəddin Nəsiminin və Nizami Gəncəvinin qəzəlləri səsləndirilmişdir.

16 nömrəli tam orta məktəbin şagirdlərinin  ifasında “ Ana vətən” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Şirvan şəhər 21 nömrəli tam orta məktəbin şagirdləri  Azərbaycan xalq nağıllarının qəhrəmanları Cırtdanın, Məlikməmmədin, Tıq-tıq xanımın, Şəngülümün, Şüngülümün, Məngülümün, Göyçək Fatmanın obrazlarını canlandırmışlar.

Şirvan şəhər “ Uğur “rəqs məktəbinin tələbələri  Azərbaycan milli rəqsləri ifa etmişlər.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri kitab, mütaliə, elm və bilik haqqında müdriklərin kəlamlarını səsləndirmişlər. Həmin kollecin tələbəsi, istedadlı gənc şair Nahidə Elmanqızı kitab haqqında şeirini oxumuşdur.

Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları İlhamə İmanova və Yeganə Nağdəliyeva kitabla bağlı suallardan ibarət viktorina təşkil etmişlər. Viktorinanın qaliblərinə  hədiyyələr verilmişdir.

Kitab bayramında kitabxanaların fəal oxucuları  Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin diplomları ilə təltif olunmuşlar