Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
26 Aprel , 2019

Böyük Azəribaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin 15 noyabr  2018 - ci il tarixli, 689 nömrəli Sərəncamının,  Mədəniyyət Nazirliyi üzrə 12 fevral 2019 - cu il tarixli, 42 nömrəli əmrin icrası ilə əlaqədar Şirvan şəhər Mərkəzləşdirilmiş  Kitabxana Sistemi tərəfindən Şirvan şəhər ümumtəhsil məktəblərində mütaliə həftəsinə yekun vuruldu.

Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən ənənəvi  “ Mütaliə həftəsi “ layihəsi çərcivəsində Azərbaycanın dahi şair və mütəfəkkiri İmaddədin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə   Şirvan şəhər ümumtəhsil məktəblərində keçirilən  mütaliə həftəsində   Mərkəzi Kitabxananın və kitabxana filiallarının kollektivləri müxtəlif məktəblərdə olmuşlar. Tədbirdə şairin seçilmiş əsərləri onun haqqında yazılmış kitablr, qəzet və jurnallar sərgilənmişdir.  İmadəddin Nəsiminin seçilmiş əsərləri, qəzəlləri oxucuların marağına səbəb olmuşdur. Sərgidə 925 adda 1174 nüsxə kitab nümayiş olunmuşdir.  Kitabxanaçılar  Mərkəzi kitabxananın fondunda olan , lakin sərgidə nümayiş olunmayan digər kitablar haqqında da oxuculara məlumat vermiş, həmin kitabları oxumaq üçün kitabxanaya üzv yazılmağı tövsiyə etmişlər.