Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
19 Aprel , 2019

 Böyük Azəribaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin 15 noyabr  2018 - ci il tarixli, 689 nömrəli Sərəncamının,  Mədəniyyət Nazirliyi üzrə 12 fevral 2019 - cu il tarixli, 42 nömrəli əmrin icrası ilə əlaqədar Şirvan şəhər Mərkəzləşdirilmiş  Kitabxana Sistemi Şirvan şəhər ümumtəhsil məktəblərində mütaliə həftəsinə start vermişdir.

Şirvan şəhər Mərkəzi Kitabxanası əməkdaşlarının  mütaliə həftəsi çərcivəsində təşkil etdikləri ilk tədbir 21 saylı tam orta məktəbdə olmuşdur. Tədbirdə şairin seçilmiş əsərləri onun haqqında yazılmış kitablr, qəzet və jurnallar sərgilənmişdir.  İmadəddin Nəsiminin seçilmiş əsərləri, qəzəlləri oxucuların marağına səbəb olmuşdur. Sərgidə 135 adda 163 nüsxə kitab nümayiş olunmuşdir.  Kitabxanaçılar  Mərkəzi kitabxananın fondunda olan , lakin sərgidə nümayiş olunmayan digər kitablar haqqında da oxuculara məlumat vermiş, həmin kitabları oxumaq üçün kitabxanaya üzv yazılmağı tövsiyə etmişlər.  Mütaliə həftəsi mütamadi olaraq ay ərzində keçiriləcəkdir.