Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
15 Mart , 2019

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı , dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019 - cu il tarixli sərəncamının,  Mədəniyyət Nazirliyinin 18 fevral  2019 - cu il tarixli, 49 nömrəli əmrinin  icrası ilə əlaqədar Şirvan şəhər Mərkəzi Kitabxanasında  tədbir keçirilmişdir .

Tədbiri giriş sözü ilə  Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır.  Alma Cəfərovanın “Qoca sərqin güzgüsü-Mirzə Cəlil”,  Aysel İsmayılovanın “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Əsmər Mirzəyevanın “Azərbaycanda, eləcə də yaxın şərqdə satirik jurnalistikanın əsasını qoyan Cəlil Məmmədquluzadə” adlı məruzələri dinlənilmişdir.  

Kəmalə Quliyeva “Molla Nəsrəddin” jurnalında çap olunan felyetonlardan parçalar səsləşdirmişdir.

Tədbir iştirakçıları “Cəlil Məmmədquluzadə -150” adlı kitab sərgisi ilə də tanış  olmuşlar.