Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
25 Fevral , 2019

Şirvan şəhər Mərkəzi kitabxanasında Xocalı faciəsinin 27- ci ildönümü ilə əlaqədar “ Xocalı qətliamı “ adlı tədbir keçirildimişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru İltifat Nəbiyev açmış və Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə  İlhamə İmanovanın “Xocalı faciəsi”, Aysel İsmayılovanın “ Xocalı soyqırmı”, Mətanət Zərbəliyevanın  “Xocalıya ədalət”,  mövzusunda məruzələri  dinlənilmışdir.

Tədbirdə “ Yaddaşlardan silinməyən faciə” adlı sərgi nümayiş olunmuşdur.

Sonda erməni vəhşiliklərini əks etdirən “ Xocalı” filmi nümayiş olunmuşdur.