Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
16 Yanvar , 2019

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Şirvan şəhər Mərkəzi Kitabxanasında “Qanla yazılmış qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilmişdir. Mərkəzi Kitabxana və Uşaq Musiqi Məktəbinin birlikdə təşkil etdiyi tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra İlhamə İmanovanın “20 Yanvar faciəsi”, Kəmalə Quliyevanın “Qanlı tarix” adlı məruzələri dinlənilmişdir.

         Tədbirdə 9 nömrəli tam orta məktəbin şagirdləri Aysun Ağacanova, Mehparə Bəşirova, Mehriban Əhmədova, Röya Hacızadə, Rəşadə Babayeva, Mina Nəsirova 20 Yanvar şəhidlərinə həsr olunmuş “Şəhidlər” adlı ədəbi-bədii kompozisiya təqdim etmişlər.

         Şirvan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi “Vətən sağ olsun” və “Şəhidlər Xiyabanı” adlı musiqili kompozisiya ilə çıxış etmişdir.

         Tədbir iştirakçıları “Ağla, qərənfil!” adlı kitab sərgisi və “Şirvan şəhidləri” adlı foto-stendlə də tanış olmuşlar.