Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
18 Dekabr , 2018

         XX əsr Azərbaycan aşıq sənətinin və ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi, “Şərəf nişanı” ordenli Aşıq Şəmşir Qocayevin anadan olmasının 125 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2018 - ci il tarixli, 3857 nömrəli sərəncamının,  Mədəniyyət Nazirliyi üzrə 08 may 2018 - ci il tarixli, 02/a nömrəli əmrin icrası ilə əlaqədar Şirvan şəhər Mərkəzi Kitabxanasında yubiley gecəsi keçirilmişdir. Şirvan şəhərinin Mərkəzi Kitabxanası və Uşaq Musiqi Məktəbinin təşkil etdiyi yubiley gecəsini Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. İlhamə İmanovanın “Aşıq Şəmşirin Həyat və yaradıcılığı”, Kəmalə Quliyevanın “Aşıq Şəmşirin lirikası” mövzusunda məruzələri, aşığın qohumu, Kəlbəcərli şair Mürvət Verdiyevin Dədə Şəmşir haqqındakı xatirələri dinlənilmişdir.

         Yubiley gecəsinin bədii hissəsində Şirvan şəhər 9 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin ifasında Aşıq Şəmşirin şeirləri əsasında hazırlanmış ədəbi- bədi kompazisiya nümayiş olunmuşdur. Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri Aşıq Şəmşirin şeirlərindən istifadə olunmaqla muğam parçalarından, aşıq havaları və xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış etmişlər.

         Yubiley gecəsinin iştirakçıları “ Aşıq Şəmşir - 125” adlı kitab sərgisi ilə də tanış olmuşlar.