Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
7 Noyabr , 2018

         Dövlət Bayrağı günü münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxansında “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra  İlhamə İmanovanın “ Üçrəngli bayrağınla məsud yaşa”, Mehriban Alxasovanın  “Azərbaycan bayrağının tarixi”, Mirvari İsmayılzadənin “Bayraq mövzusu Azərbaycan ədəbiyyatında” mövzularında məruzələri dinlənilmişdir.

Tədbirin bədii hissəsində tamaşaçılara 16 saylı tam orta məktəbin şagirdlərinin Dövlət Bayrağı günü münasıbətilə hazırladıqları ədəbi-bədii kompazisiya və müsiqi nömrələri səsləndirilmişdir.

               Tədbir iştirakçıları  Dövlət Bayrağı gününə həsr edilmiş “ And yerimiz-bayraq” adlı sərgi ilə tanış olmuşlar.