Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
1 Noyabr , 2018

 Şirvan şəhər Mərkəzi Kitabxanasında  kitabxana işçilərinin “Uşaq hüquqları”na həsr olunmuş seminar müşavirəsi keçirilmişdir.  Seminar müşavirəni giriş sözü ilə açan Şirvan şəhər MKS-nin direktoru İltifat Nəbiyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il olduğu kimi bu ildə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq hüquqları aylığı elan edildiyini bildirmişdir. Bu aylıq çərçivəsində Mərkəzi Kitabxanada və kitabxana filiallarında bu mövzuya həsr olunmuş tədbirlərin keçirilməsi və bu tədbirlərdə uşaqların fəal iştirakını təşkil etmək tövsiyə olunmuşdur.

            Çıxış edənlər Metodika və bibliopqrafiya şöbəsinin müdiri Şəfəq Səlimova, baş biblioqraf Kəmalə Quliyeva, Komplekləşdirmə və kitabişləmə şöbəsinin müdiri Dilbər Abdullayeva, Oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanova və başqaları bu mövzuya həsr olunmuş tədbirlərin necə keçirilməsini və hansı resurslardan istifadə etmək lazım olduğunu kitabxanaçılara tovsiyə etmişlər.

Seminar müşavirədə uşaq hüquqlarına həsr olunmuş video roliklər də nümayiş olunmuşdur.

            Seminar müşavirədə “Uşaq hüquqları” başlıqlı sərgi nümayiş etdirilmişdir.

        Hər il olduğu kimi bu il də ənənəvi olaraq 20 oktyabr- 20 noyabr  tarixində Uşaq hüquqları aylığı çərçivəsində Mərkəzi Kitabxananın əməkdaşları Alma Cəfərova və İlhamə İmanova Şirvan şəhər  ümumtəhsil məktəblərində  maarifləndirici tədbirlər həyata keçirmişlər.

“ Siz hüquqlarınızı bilirsinizmi?” mövzusunda keçirilmış disput  müəllim və şagird kollektivinin çox marağına səbəb olmuşdur.