Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
18 Oktyabr , 2018

Dövlət Müstəqilliyi günü münasibətilə Şirvan  şəhər Mərkəzi Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Əsmər Mirzəyevanın “Müstəqilliyimizin tarixi”, Firuzə Əliyulmusavinin “Azərbaycan bayrağı”, Nərgiz Mahmudovanın “Müstəqilliyimiz əbədidir” mövzularında məruzələri dinlənilmişdir.

         Tədbirin ikinci hissəsində tamaşaçılara 21 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin Dövlət Müstəqilliyi günü münasibətilə hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

         Tədbir iştirakçıları Dövlət Müstəqilliyi gününə həsr edilmiş kitab sərgisi ilə də tanış olmuşlar.