Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
18 Sentyabr , 2018

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi günü münasibətilə Şirvan şəhər Uşaq Musiqi Məktəbində təşkil olunmuş tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları da yaxından  iştirak etmişlər. Kitabxanaçılar musiqi məktəbində dahi bəstəkarın əsərlərindən və onun haqqında yazılmış kitablardan ibarət sərgi açmışlar. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Alma Cəfərova sərgi ilə tanış olanlara dahi bəstəkarın əsərlərinin, eləcə də onun haqqında yazılmış çap əsərlərinin nəşr  tarixi və biblioqrafiyası haqqında ətraflı məlumat vermişdir.