Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
19 Sentyabr , 2018

Respublikamızda keçirilən “Sülh aylığı” çərçivəsində Şirvan şəhər Mərkəzi Kitabxanası tərəfindən “Sülh bəşəriyyətin ən ali dəyəridir” mövzusunda məruzə oxunması təşkil edilmişdir. Tədbiri giriş sözü ilə Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açaraq Beynəlxalq Sülh günü , bu münasibətlə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə respublikamızda ənənəvi “Sülh aylığı”nın keçirilməsi, Azərbaycan dövlətinin sülhsevər xarici siyasəti, beynəlxalq miqyasda davamı sülhün bərqərar olması uğrunda mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal mövqeyi haqqında məlumat vermişdir. İlhamə İmanovanın “Azərbaycanda insan hüquqları”, Alma Cəfərovanın “Qoy həmişə sülh olsun!”, Aysel İsmayılovanın “Hüseyn  Cavidin əsərlərində müharibə, ədalət və sülh anlayışları”, Yeganə Nağdəliyevanın “Cahanda sülh, yurdda sülh” adlı məruzələri dinlənilmişdir.

         Tədbir iştirakçıları “Qoy həmişə günəş olsun!” adlı kitab sərgisi ilə də tanış olmuşlar.