Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
24 Avqust , 2018

Şirvan şəhər Mərkəzi Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə “Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” mövzusunda tədbir təşkil etmişdir. Tədbirdə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin üzvü Günay Hüseynlinin məruzəsi dinlənilmişdir. Məruzəçi tədbir iştirakçılarının mövzu ilə bağlı çoxsaylı suallarına da cavab vermişdir. Tədbirin sonunda iştirakçılar arasında ailədaxili zorakılığa dair anket əsasında sorğu keçirilmişdir.