Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
14 İyun , 2018

Azərbaycan xalqının Milli Qurtuluş günü münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Siteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan  Respublikasının dövlət himni səsləndikdən sonra Alma Cəfərovanın “Dövlətçilik tariximizin şanlı səhifəsi”, Firuzə Əliyulmusəvinin “Heydər Əliyev zəkası müstəqilliyimizin qarantı  oldu”, Mehriban Alxasovanın “Nəyə görə 1993-cü ilin 15 iyununu Milli Qurtuluş günü adlandırırıq?”, Aysel İsmayılovanın “Vətəndaş məhəbbəti, lider diqqəti” mövzularında mühazirələri dinlənilmişdir.

         Tədbirin iştirakçıları “Milli Qurtuluş günü” adlı kitab sərisi ilə də tanış olmuşlar.