Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
4 İyun , 2018

          Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şirvan şəhər Uşaq Musiqi Məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Əbülfət İsmayılov açmışdır. Məktəbin direktoru Mübariz Dadaşov bəstəkarın həyat və yaradıcılığı, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin biblioqrafı Kəmalə Quliyeva Qara Qarayevin əsərlərinin biblioqrafiyası haqqında məruzələrlə çıxış etmişlər. Daha  sonra aparıcı Aygün Əliyeva tamaşaçılara Qara Qarayevin yaradıcılığını tam əhatə edən konsert-oçerki təqdim etmişdir. Konsert-oçerkdə bəstəkarın yaradıcılıq məziyyətlərindən söhbət açılmış və onun əsərləri ifa olunmuşdur. Bəstəkarın əsərlərini şagirdlərdən Zümrüd Kərimli, Fəqan Cəfərli, Hüseyn Fərəcli, Günel Məmmədova, Nərmin Ələkbərova, Fidan Əkbərli, Fərid  İsgəndərov, Şahin Qədiməliyev, Günay Mirzəyeva, Gülnar Əsgərzadə, müəllimlərdən Anar Süleymanov, Məhəmməd Həsənov, Fəridə Həsənova, Günel Məmmədova, Zərifə Şirinova, Daşqın Gülmalıyevin rəhbərlik etdiyi orkestr, həmçinin məktəbin məzunu, Milli Konservatoriya tərkibində Musiqi Kollecinin IV kurs tələbəsi Cəlal Səmədov ifa etmişlər.

         Tədbirin iştirakçıları mövzu ilə əlaqədar kitab sərgisi ilə də tanış olmuşlar.