Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Rayon haqqında
2 Mart , 2015

        Müasir Şirvan şəhərinin yerində hələ XIX əsrdə Ərəbşahverdi kəndi mövcud idi. Çünki, bu yerin ilk sakinləri Şamaxı ərazisində yerləşmiş Ərəbşahverdi kəndindən köçüb gələnlər olmuşdur. Həmin kəndin sakinləri Kür sahilinə köçüb gəlməmişdən əvvəl əsrlər boyu bu yerlərdən qışlaq kimi istifadə etmişdir.

       Şirvan 1938-ci ilədək Zubovka adlanıb, 1938-1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 30 kv. km, əhalisinin sayı min nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir.Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.Azərbaycanı istila edən rus generalı Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki Çıplaqlı kəndi Zubovka adlandırılmışdır.1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30 minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı; keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər. Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. Ilk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar. Çıplaklı bir tayfa adı və ya ərazinin bitki örtüyü ilə də bağlı söz ola bilir. Göyçay rayonu ərazisində də Lək Çıplak, Türkiyənin Mardin və Qars vilayətlərində Çıplaklı kənd adlarına təsadüf edilir. Mərhum alim Mehmet Eröz bu adlar barədə "bu köylər xalqının "Çıplaklı" yörüklərindən olduğu anlaşılmaqdadır" yazaraq 1126-cı il tarixli bir sultan fərmanında Kıbrısa sürülən Çıplaklı cəmaatının adı çəkilir, deyə məlumat verir.Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi.Tezliklə Zubov (Azərbaycanda ona "Qızılayaq general" deyirdilər; o ayağını Polşa vətənpərvərləri ilə döyüşdə itirmişdi, həmin ayağı protez idi) bu kənddə qala tikmək işinə girişir. Lakin Yekaterinanın qəfil ölümü ilə Azərbaycanın istila planı yarımçıq qalır; rus ordusu geri çağrılır.1938-ci ildə Zubovka adı Əli Bayramov şərəfinə Əli Bayramlı adı ilə əvəz edilir.

      Şirvan şəhəri müasirdə olsa, burda daha qədim yaşayış məskənin qalıqları mövcuddur. Şəhərin cənubunda Kür çayının sahilində qədim nekropol bunu bir daha sübut edir. 2000-ci ildə Azərbaycan Elmlər Akademiyası Arxeologiyası və Etnoqrafiyası İnstitutunun əməkdaşları Mişovdağın cənub ətəklərində apardıqları tədqiqat işləri zamanı qədim çay yatağı kənarında çoxlu sayda dulus kürələri və şəhər qalıqları aşkar etmişdir. Həmin ərazilərdə bir neçə qədim qəbirstanlıq mövcuddur.İndiki Şirvan şəhərinin ərazisində ən azı XII əsrə aid edilən, böyük ehtimala görə daha da qədim dövrlərə məxsus şəhər olmuşdur. Şirvan-Kür-Araz ovalığında yerləşir.

2008-ci ildə şəhərin adı tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı. Bələdiyyələrin adı   Hər bələdiyyə üzrə əhalinin sayı:

1.Şirvan şəhər bələdiyyəsi         

2.Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsi

      Şirvan Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat qovşağında yerləşir və ölkəmizin iri şəhərlərindən sayılır. Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri Şirvan şəhərinin inzibati vahidləridir.