Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
29 May , 2018

         Şirvan şəhər Mərkəzi Kitabxanasında “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti tədbir keçirilmişdir. İltifat Nəbiyevin “İnsan hüquqlarının müdafiəsinə dövlət qayğısı”, İlhamə İmanovanın “İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması”, Alma Cəfərovanın “Hüquqlarımızı bilməliyik”, Aysel İsmayılovanın “İnsan hüquqları sahəsində tədris və maarifləndirmə tədbirləri” mövzularında məruzələri dinlənilmişdir.

         Tədbir iştirakçıları “İnsan hüquqları” adlı kitab sərgisi ilə də tanış olmuşlar.