Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
24 May , 2018

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin , psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirələcək tədbirlər üzrə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair İş Planı təsdiq edilmişdir.

İş Planının 24-cü, 40-cı  və  44-cü  bəndlərinin icrası üzrə mütəmadı olaraq müvafiq tədbirlərin həyata keçirilməsinin təmin olunması Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunmuşdur.

Azərbaycan Respublikasının Mədəniyyət Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 24 yanvar 2018-ci il tarixli 172/07 nömrəli məktubuna icrası ilə əlaqədar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Şirvan şəhər MKS-də də tədbirlər planı hazırlanıb və bu planın icrası həyata keçirilmişdir.

24 may 2018-ci il tarixdə Şirvan şəhər Mərkəzi Kitabxanada “Narkomaniya ilə mübarizə ümumxalq işidir” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şirvan şəhər MKS-nin direktoru İltifat Nəbiyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar keçirilən tədbirin əhəmiyyəti haqqında məlumat vermişdir.

Həkim Pəsiyev narkomaniyanın, narkotiklərin doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında danışdı, tədbir iştirakçılarına özlərini və ətrafdlarını qorumağı tövsiyyə etmişdir.

Mərkəzi Kitabxananın əməkdaşları İlhamə İmanova, Məlahət Məmmədova mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirlərin təşkilinin əhəmiyyətini vurğudılar.

Tədbirdə nümayiş olunan “Narkomaniya  ilə mübarizə ümumxalq işidir” başlıqlı sərgi tədbir iştirakçılarının marağına səbəb oldu.