Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
23 May , 2018

Şirvan şəhər Mərkəzi Kitabxanasında “Qida təhlükəsizliyinin təmin olunmasına dair ölkə prezidentinin fərmanlarına ictimai dəstək tədbirləri” mövzusunda seminar keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Şurasının maliyyə dəstəyi, Mərkəzi Kitabxana və Azad İstehlakçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş seminarda birliyin sədri Eyyub Hüseynov “Şirvan şəhərində yaşayan istehlakçıların qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri sahəsində bilik və bacarıqlarının artırılması” mövzusunda məruzəsi, Nizami Musayevin “Qida təhlükəsizliyinin idarə edilməsi sistemi”, Fərrux Əsgərovun “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri” mövzularında çıxışları dinlənilmişdir. Fəal müzakirə şəraitində keçən seminarın iştirakçıları Azərbaycan Respublikası Prezidentinin qida təhlükəsizliyinə dair fərmanlarını vaxtında qəbul edilmiş çox mühüm sənədlər kimi qiymətləndirmiş və onları dəstəklədiklərini bildirmişlər.