Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
16 May , 2018

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxanasının qarşısındakı parkda X kitab bayramı keçirilmişdir. Bayramın keçirildiyi park “X kitab bayramınız mübarək!”, “Gəlin, mütaliə edək”, ümummilli liderin kitab haqqında qanadlı fikirləri yazılmış stendlərlə bəzədilmişdi. Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondlarında olan kitablardan nümunələr “Tarixin ən böyük azərbaycanlısı”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100”, “Biz o yerlərə qayıdacağıq!”, “Doğma şəhərimiz Şirvan”, “Yeni kitablar”, “Uşaq aləmi” adlı sərgilərdə nümayiş etdirilmişdir. Kitab bayramında, həmçinin, uşaqların əl işlərindən, Şirvan Dövlət Rəsm Qalereyasının əməkdaşları və dərnək üzvlərinin rəsmlərindən ibarət sərgilər nümayiş olunmuşdur.

         Kitab bayramında Şirvan şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının dövlət himni, Dilarə Qasımovanın “Azərbaycan”, Nazim Əliverdibəyovun “Prezidentimiz var olsun!”, “Yollar”, Nailə Mirməmmədlinin “Ey ana vətən”, Oqtay Rəcəbovun “Uşaqlar sevinsin həmişə” mahnıları səslənmişdir.

         Şirvan şəhər 21 nömrəli tam orta məktəbin şagirdləri Aysun Şirəlizadə, Gülüstan İmanova, Fəxrinə Məlikova, Şəbnəm Abdullazadə, Rəhilə Mənsimova, Hüseyn Ələkbərzadə, 16 nömrəli tam orta məktəbin şagirdləri Kənan Muradov, Sənan Muradov və Eldar Urufovun ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

         Şirvan şəhər 21 nömrəli tam orta məktəbin şagirdləri Zəhra Malikli, Səkinə  Həsənzadə, Aysun İbarhimsoy, Məmmədəli Qədimli və Həsən Ələkbərzadə Azərbaycan xalq nağıllarının qəhrəmanları Cırtdanın, Məlikməmmədin, Tıq-tıq xanımın, Şəngülümün, Şüngülümün, Məngülümün, Göyçək Fatmanın obrazlarını canlandırmışlar.

         Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri kitab, mütaliə, elm və bilik haqqında müdriklərin kəlamlarını səsləndirmişlər. Həmin kollecin tələbəsi, istedadlı gənc şair Nahidə Elmanqızı kitab haqqında şeirini oxumuşdur.

         Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları İlhamə İmanova və Yeganə Nağdəliyeva kitabla bağlı suallardan ibarət viktorina təşkil etmişlər. Viktorinanın qaliblərinə kitablar hədiyyə edilmişdir.

         Kitab bayramında kitabxanaların fəal oxucuları  Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin diplomları ilə təltif olunmuşlar.