Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
8 May , 2018

Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən ənənəvi  “ Açıq kitabxana “ layihəsi çərcivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Şirvan şəhər ümumtəhsil məktəblərində  mütaliə həftəsi təşkil edilmişdir. Mərkəzi Kitabxananın və onun filiallarının kollektivləri müxtəlif məktəblərdə olmuş, Şərqdə ilk demokrativ respublika , eləcə də həmin dövrün digər aktual məsələləri haqqında kitablardan, Azərbaycan və xarici ölkə yazıçılarının bədii əsərləırindən ibarət sərgilər təşkil etmiş, müstəqillik tariximiz, azad olkənin layiqli vətəndaşı olmaq, neft kapitalını insan kapitalına çevirmək, dünyaya xammal deyil, beyin “məhsulları” ixrac etmək üçün  kitabın və mütaliənin müstəsna rolu mövzularında söhbətlər aparmışlar.

 Şirvan şəhər Mərkəzi Kitabxanası əməkdaşlarının  mütaliə həftəsi çərcivəsində təşkil etdikləri ilk tədbir 16 saylı tam orta məktəbdə olmuşdur. Kitabxanaçılar Azərbaycan   Xalq  Cümhuriyyətinin  tarixi ,   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna xidmətləri olmuş Məhəmm əd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Fətəli xan Xoyski və başqaları  haqqında yazılmış kitablardan, Azərbaycan şair və yazıçılarının, tanınmış xarici ölkə ədiblərinin əsərlərindən  ibarət sərgi təşkil etmişlər. Sərgidə 125 adda 163 nüsxə kitab nümayiş etdirilmışdir. “Məhmməd Əmin Rəsulzadənin əsərləri”, “Azərbaycan tarixi günbəgün”, ”Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət”, “ Erməniləır və həqiqətlər”, “ Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” və bu qəbildən digər kitablar şagirdlərin daha böyük marağına səbəb olmuşdur. Kitabxanaçılar cümhuriyyət mövzusunda yazılmış , Mərkəzi kitabxananın fondunda olan , lakin sərgidə nümayiş etdirilməyən digər kitablar haqqında da şagirdlərə məlumat vermiş, həmin kitabları oxumaq üçün kitabxanaya üzv yazılmağı tövsiyə etmişlər.