Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
31 Mart , 2018

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2018-ci il tarixli, 3587 nömrəli sərəncamının, Mədəniyyət və Turizm nazirinin 23 fevral 2018-ci il tarixli, 51 nömrəli əmrinin icrası ilə əlaqədar 30 mart 2018-ci il tarixdə Şirvan şəhər Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan Respublikasının dövlət himni səslənmiş, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzi Kitabxananın baş biblioqrafı Kəmalə Quliyevanın “31 mart soyqırımı – erməni terrorizminin növbəti səhifəsi”, oxu zalının müdiri Yeganə Nağdəliyevanın “31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir”, kitabxananın fəal oxucusu Tahirə Məmmədovanın “Mart soyqırımı mətbuat səhifələrində”, böyük kitabxanaçı Xədicə Hüseynovanın “31 mart azərbaycanlıların soyqırımı  günüdür” mövzularında məruzələri dinlənilmişdir. Tədbirdə 16 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin soyqırım mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Tədbir iştirakçıları  “31 mart azərbaycanlıların soyqımı günüdür” mövzusunda kitab sərgisi ilə də tanış olmuşlar.