Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
28 Fevral , 2018

Şirvan şəhər Mərkəzi Kitabxanasında Mədəniyyət  və Turizm Nazirliyi tərəfindən keçirilən “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin I turunun ilk mərhələsi təşkil olunmuşdur. Müsabiqənin ilk mərhələsində Şirvan şəhərinin ümumtəhsil məktəblərində təhsil alan otuz nəfərədək şagird iştirak etmişdir. Münsiflər heyətinin qərarı ilə 13 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Şükürova birinci yeri tutaraq I turun regional mərkəzdə keçiriləcək ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdır. İlk mərhələnin qalibi Nərmin Şükürova, eləcə də digər yüksək yerləri tutmuş Gülnarə Nəsirova, Mədinə Rzayeva, Aysu Rəhimli, Nilufər Şərifova, Ülkər Əkbərova, Ceyran İmanlı və b. Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müvafiq diplomları ilə təltif edilmişlər.